Hər şey daxil | Təməl 300 AZN | Uğur 1100 AZN | İnkişaf 2000 AZN | Zirvə 3600 AZN | Hədəf 8000 AZN | |
| Köçürmələr və ödənişlər | ||||||
| Milli valyutada adi və təcili köçürmələr | pulsuz | pulsuz | pulsuz | pulsuz | pulsuz | |
| Xarici valyutada bankdaxili köçürmələr | pulsuz | pulsuz | pulsuz | pulsuz | pulsuz | |
| Əməkhaqı kartına mədaxil | 60000 AZN həcmində pulsuz | 275 000 AZN həcmində pulsuz | 500 000 AZN həcmində pulsuz | 900 000 AZN həcmində pulsuz | 2000 000 AZN həcmində pulsuz | |
| Respublikadan kənara köçürmələr | 0.30% 30-400 ($,€, £) | 0.25% 30-375 ($,€, £) | 0.25% 25-350 ($,€, £) | 0.20% 25-325 ($,€, £) | 0.20% 25-300 ($,€, £) | |
| Kartlar | ||||||
| 3 illik əməkhaqqı kartları | 50 ədəd | 100 ədəd | 150 ədəd | 200 ədəd | 250 ədəd | |
| Sahibkar və ya biznes kartları | Pulsuz | Pulsuz | Pulsuz | Pulsuz | Pulsuz | |
| Ödəniş kartlarının ünvana çatdırılması | 3 dəfə | 6 dəfə | 9 dəfə | 12 dəfə | limitsiz | |
| Əlavə xidmətlər | ||||||
| POS terminal sifarişi və aylıq xidmət haqqı | Pulsuz | Pulsuz | Pulsuz | Pulsuz | Pulsuz | |
| Milli valyutada nağd pul vəsaitinin Kapital Bank ATM-lərindən məxarici | Pulsuz | Pulsuz | Pulsuz | Pulsuz | Pulsuz | |
| Nağd pul vəsaitlərinin istənilən cari hesaba mədaxil edilməsi | Pulsuz | Pulsuz | Pulsuz | Pulsuz | Pulsuz | |
| Nağdsız valyutanın mübadiləsi | 100 000 AZN ekvivalenti | 500 000 AZN ekvivalenti | 1000 000 AZN ekvivalenti | 2000 000 AZN ekvivalenti | 5000 000 AZN ekvivalenti | |
| Sifariş edin | Sifariş edin | Sifariş edin | Sifariş edin | Sifariş edin | ||
Tez - tez verilən suallar
Tarif paketləri sahibkarların bank xidmətlərindən daha sərfəli şərtlərlə istifadə etməsi üçün hazırlanmış abunəlik məhsullarıdır. Paketlər köçürmələr, kart xidmətləri, POS xidmətləri və digər bank əməliyyatlarını vahid paket çərçivəsində təqdim edərək biznes xərclərinin optimallaşdırılmasına kömək edir.
Paket Əlavəsi aktiv Tarif Paketi olan müştərinin bəzi bank məhsul və/və ya xidmətlərinin həcminin artırılması və ya əlavə məhsul və/və ya xidmətlərdən yararlanması məqsədilə əldə etdiyi abunəlik məhsulu növüdür.
Maestro Tarif Paketi sahibkarların biznes ehtiyaclarına uyğun bank xidmətlərini və əməliyyat limitlərini fərdi şəkildə seçərək öz tarif paketini formalaşdırmasına imkan verən abunəlik məhsuludur.
Tarif seçərkən aylıq əməliyyat sayı, köçürmə həcmi, biznes kartlarından istifadə, POS əməliyyatları və gələcək biznes planları nəzərə alınmalıdır. Fəaliyyət həcminə uyğun paket seçilməsi əlavə komissiya xərclərinin qarşısını almağa kömək edir.
Birbank Biznesə daxil olub, “Tariflər” menyusunun “Paketlər və abunəliklər” bölməsində Bankın təklif etdiyi xidmət paketləri ilə ətraflı tanış olub, şirkətin fəaliyyət növü və fəaliyyət həcminə uyğun olan Tarif Təklifini əldə etmək mümkündür.
Xeyr, Tarif Təkliflərini yalniz birdəfəlik, tam ödəniş etməklə əldə etmək mümkündür.
Tarif Təkliflərinin dəyəri cari hesabdan silindiyi andan avtomatik abunəlik aktivləşdirilir. Növbəti aparılan əməliyyatlar güzəştli tariflər ilə hesablanır.
Tarif Təklifi müqavilə bağlandığı andan aktivləşir və dövriyyə və say limitinin istifadəsindən aslı olaraq maksimum 1 il müddətində qüvvədə qalır.
Abunəliyin bitməsi iki halda baş verir:
- Əvvəlcədən müəyyən olunmuş müddətin başa çatması ilə
- Əvvəlcədən müəyyən olunmuş dövriyyə/say limitinin bitməsi ilə
- Müştərinin müraciətinə əsasən.
Tarif Təkliflərinin maksimal istifadə müddəti 1 il nəzərdə tutulmuşdur. Tarif Təkliflərinin rəsmiləşdirildiyi zaman müddətin başlama tarixi hesab olunur. Paketin müddəti bitdikdən sonra əməliyyatların xidmət haqları müştəriyə təqdim olunmuş fərdi və ya Bankın standart tarifləri üzrə hesablanır.
Tarif Təkliflərinin rəsmiləşdirildiyi zaman Bank tərəfindən paket növlərinə uyğun olaraq dövriyyə və say limiti seçimi Müştəriyə təklif olunur. Paket rəsmiləşdirildikdən sonra dövriyyənin hesablanmasında iştirak edən əməliyyatlardan hər hansi biri həyata keçirildikdə, Müştəriyə təqdim olunmuş dövriyyə limitindən istifadə olunmuş hesab olunur. Qeyd olunan dövriyyə bitdiyi zaman, paket deaktiv olunur.
Birbank Biznesdə şəxsi kabinetə daxil olub, “Tariflər” menyusunun “Paketlər və Abunəliklər” bölməsində istifadə edilmiş dövriyyə haqqında məlumat ala bilərsiz.
Bir anda iki eyni növ (tərkibində eyni məhsul/xidməti əhatə edən) Maestro Tarif Paketi abunəliyinin olması mümkün deyil. Yeni Maestro Tarif Paketi abunəliyi alındığı zaman öncəki avtomatik deaktiv edilir.
Tarif Paketi abunəçisi Maestro Tarif Paketi əldə etdiyi halda, Aktiv paket abunəliyi deaktiv olunur.
Xeyr, Tarif Təklifləri üzrə ödənilmiş vəsait müştəriyə geri qaytarılmır.
Tarif Təkliflərinə daxil olan hər hansı bir əməliyyat üzrə və ya cəmi əməliyyatlar üzrə həyata keçirilən əməliyyatların cəmi məbləğlərinin yuxarı həddidir.
Dövriyyə və ya say limitini azaldan əməliyyatlar:
- Tarif Təklifinin daxilində pulsuz qeyd olunan əməliyyatların həyata keçirilməsi zamanı müştəri Tarif Təklifinin dövriyyə və ya say limitindən istifadə etmiş olur.
- Bankın standart tarif cədvəlləri ilə pulsuz həyata keçirilməsi nəzərdə tutulmuş əməliyyatlar
- Filialdaxili köçürmələr
- Tarif Təklifinin daxilində pulsuz qeyd olunmayan, komissiyanın ödənilməsi nəzərdə tutulan əməliyyatlar
- Cari hesaba nağd pul vasaitlərinin mədaxil edilməsi
- Nağdsız valyuta mübadiləsi (Maestro Tarif Paketi istisna olmaqla).
Tarif təklifi tərkibindəki əməliyyatlara Bank tərəfindən təyin olunmuş fərdi tariflər, Tarif təklifi abunəliyi müddətində nəzərə alınmır.