---
title: Sahibkarlara kredit - SİF - Birbank Biznes
description: SİF kreditləri ilə biznesinizi inkişaf etdirin. Sahibkarlar üçün güzəştli maliyyələşdirmə imkanları və onlayn müraciət Birbank Biznes-də.
image: https://birbank.business/file/og_image_1080x1080_c0275bf801.png
---

## SİF kreditləri

SİF kreditləri sahibkarların biznesini inkişaf etdirmək üçün güzəştli maliyyələşdirmə və rahat müraciət imkanı təqdim edir.

[Daha ətraflı](https://birbank.business/kreditler/sif-kreditleri/sif-krediti)

![image](https://birbank.business/file/sifsvg_2d9a335f9a.svg)

Güzəştli kredit

Qısa müddətlərə hüquqi şəxslərin və fərdi sahibkarların dövriyyə vəsaitlərinin (ödənişlərin) maliyyəşdirilməsi üçün təyin edilmiş kredit məhsuludur.

[Daha ətraflı](https://birbank.business/kreditler/sif-kreditleri/guzestli-kredit)

![Güzəştli kredit](https://birbank.business/_next/image?url=https%3A%2F%2Fbirbank.business%2Ffile%2FGu_Iz_Shhs_ztli_Kredit_409b0d3bc1.webp&w=640&q=75)

Sahibkarlar üçün Avadanlıq Kreditləri

Qısa müddətlərə hüquqi şəxslərin və fərdi sahibkarların dövriyyə vəsaitlərinin (ödənişlərin) maliyyəşdirilməsi üçün təyin edilmiş kredit məhsuludur.

[Daha ətraflı](https://birbank.business/kreditler/sif-kreditleri/avadanliq-krediti)

![Sahibkarlar üçün Avadanlıq Kreditləri](https://birbank.business/_next/image?url=https%3A%2F%2Fbirbank.business%2Ffile%2FAvadanl_q_krediti_3215e0ead4.webp&w=640&q=75)

## Maestro

Fərdi ehtiyaclarınıza və tələblərinizə uyğunlaşdırılmış özəl tarif paketini yaradın.

Tarifini yarat

![Maestro](https://birbank.business/file/maestro_402c26b7f6.svg)

![faq](https://birbank.business/file/faq_4b02462941.svg)

## Tez - tez verilən suallar

![faq](https://birbank.business/file/accordion_item_c70624df6b.svg)

### SİF nədir?

![faq](https://birbank.business/file/accordion_item_c70624df6b.svg)

SİF (Sahibkarlığın İnkişafı Fondu) dövlət tərəfindən sahibkarlığın inkişafını dəstəkləmək məqsədilə güzəştli maliyyələşdirmə proqramları həyata keçirən qurumdur. Birbank Biznes vasitəsilə təqdim olunan SİF kreditləri mikro və kiçik sahibkarların biznes fəaliyyətini genişləndirməsinə dəstək olur.

### Sahibkar krediti kimlər üçün nəzərdə tutulub?

![faq](https://birbank.business/file/accordion_item_c70624df6b.svg)

Sahibkar krediti fəaliyyət göstərən fərdi sahibkarlar və hüquqi şəxslərin bizneslərinin inkişafı, dövriyyə vəsaitinin artırılması və investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə təqdim olunur. Müraciətlər bankın və müvafiq proqramın şərtlərinə uyğun qiymətləndirilir.

### SİF kreditlərinin növləri hansılardır?

![faq](https://birbank.business/file/accordion_item_c70624df6b.svg)

Təhsil, ev, sosial, səhiyyə, turizm SİF kreditlərinin növlərindən bir neçəsidir. Kreditləri necə sifariş edə bilərəm? SİF kreditlərini Kapital Bankın filialına yaxınlaşaraq və ya online müraciət edə bilərsiniz.

### Sahibkar krediti üçün hansı sənədlər tələb olunur?

![faq](https://birbank.business/file/accordion_item_c70624df6b.svg)

Müraciət zamanı adətən şəxsiyyət vəsiqəsi, VÖEN və biznes fəaliyyəti ilə bağlı sənədlər təqdim edilir. Kredit proqramından asılı olaraq bank əlavə maliyyə və ya layihə sənədləri də tələb edə bilər.

### SİF krediti hansı məqsədlər üçün istifadə edilə bilər?

![faq](https://birbank.business/file/accordion_item_c70624df6b.svg)

SİF kreditləri biznesin qurulması, genişləndirilməsi, istehsalın artırılması, avadanlıq alınması \[https://birbank.business/kreditler/sif-kreditleri/avadanliq-krediti] və digər sahibkarlıq layihələrinin maliyyələşdirilməsi məqsədilə istifadə oluna bilər. Maliyyələşdirilən istiqamətlər dövlət proqramlarının prioritetlərinə uyğun müəyyən edilir.

### SİF krediti ilə adi biznes krediti arasında fərq nədir?

![faq](https://birbank.business/file/accordion_item_c70624df6b.svg)

SİF krediti dövlət dəstəyi çərçivəsində təqdim olunan güzəştli maliyyələşdirmə məhsuludur. Adi biznes kreditləri isə bankın standart kredit şərtlərinə əsasən təqdim edilir. Kredit növünün seçimi sahibkarın fəaliyyət istiqaməti və maliyyələşdirmə ehtiyacından asılıdır.

### Biznesin inkişafı üçün SİF kreditini niyə seçmək olar?

![faq](https://birbank.business/file/accordion_item_c70624df6b.svg)

SİF kreditləri sahibkarlara dövlət dəstəyi ilə daha əlverişli maliyyələşdirmə imkanlarından yararlanmağa kömək edir. Bu kredit məhsulu biznesin böyüməsi, yeni investisiyaların həyata keçirilməsi və fəaliyyətin genişləndirilməsi üçün uyğun maliyyə həllərindən biridir.