Məlumatlar
- Əlavə cihaz tələb olunmur — fiziki POS terminalı olmadan ödəniş qəbul edin.
- Sürətli aktivləşmə — cəmi 2 addımda, təxminən 2 dəqiqəyə xidmətə qoşulun.
- Dərhal mədaxil — qəbul etdiyiniz ödənişlər dərhal hesabınıza köçürülür.
- Sərfəli komissiya — ödənişləri daha əlverişli komissiya şərtləri ilə qəbul edin.
- Rahat idarəetmə — ödənişləri, geri qaytarmaları və əməliyyat tarixçəsini bir tətbiqdən idarə edin.
Tez - tez verilən suallar
Bir Pay QR nədir?
Bir Pay QR — fiziki POS terminalına ehtiyac olmadan Birbank Business tətbiqi vasitəsilə QR kod yaradaraq ödəniş qəbul etməyə imkan verən xidmətdir.
Bir Pay QR ilə ödənişi necə qəbul etmək olar?
Birbank Biznes tətbiqində ödəniş məbləğini daxil edərək QR kod yaradın. Müştəri QR kodu istər Birbank, istərsə də digər QR dəstəkləyən tətbiq ilə skan edərək ödənişi həyata keçirə bilər.
Xidmətdən istifadə üçün əlavə cihaz lazımdırmı?
Xeyr. Birbank Biznes tətbiqinin quraşdırıldığı smartfon kifayətdir
Bir Pay QR vasitəsilə hansı tətbiqlərdən ödəniş etmək mümkündür?
Müştərilər QR kodu istər Birbank, istərsə də digər QR dəstəkləyən tətbiq ilə skan edərək ödənişi həyata keçirə bilər.
Ödənişlər hesaba nə zaman köçürülür?
Qəbul edilən ödənişlər tamamlandıqdan dərhal sonra sahibkarın hesabına mədaxil olunur.
Ödənişi geri qaytarmaq mümkündürmü?
Bəli. Ödənişləri tam və ya qismən geri qaytarmaq mümkündür. Geri qaytarılan məbləğ ilkin ödəniş məbləğindən artıq ola bilməz.
