---
title: Təmassız ödənişlər | Mobil Pos | Birbank Biznes
description: "Android cihazınızı Mobil POS kimi istifadə edin, təmassız ödəniş qəbul edin və xidməti mobil tətbiqdən sifariş edin. "
image: https://birbank.business/undefined
---

# Mobil POS

Android mobil cihazlarından təmassız ödənişləri qəbul etmək imkanını yaradan unikal xidmət. Sifariş etmək üçün elə indi mobil tətbiqə keçid edin.

[Tətbiqə keçid edin](https://my.birbank.business/login)

![image](https://birbank.business/_next/image?url=https%3A%2F%2Fbirbank.business%2Ffile%2FMobil_pos_59e30d7895.webp&w=640&q=75)

Məlumatlar

Vacib məlumatÜstünlükləriMobil Pos xidməti iləKimlərə faydalıdır

- Aprel ayından etibarən yeni sifariş olunan hər terminal üçün aylıq 5 AZN abunə (xidmət) haqqı tətbiq ediləcəkdir. Abunəliyi olmayan mövcud terminal istifadəçilərindən isə tutulmalar may ayından etibarən başlayacaqdır. 

Maestro

Fərdi ehtiyaclarınıza və tələblərinizə uyğunlaşdırılmış özəl tarif paketini yaradın.

[Tarifini yarat](https://my.birbank.business/login)

![Maestro](https://birbank.business/file/maestro_402c26b7f6.svg)

![faq](https://birbank.business/file/faq_4b02462941.svg)

## Tez - tez verilən suallar

![faq](https://birbank.business/file/accordion_item_c70624df6b.svg)

Mobil POS terminal nədir?

![faq](https://birbank.business/file/accordion_item_c70624df6b.svg)

Mobil POS terminal NFC texnologiyasını dəstəkləyən Android smartfonu ödəniş qəbul edən cihaza çevirən rəqəmsal həlldir. Bu xidmət sayəsində əlavə [POS terminalına](https://birbank.business/pos-xidmetleri/pos-terminal) ehtiyac olmadan bank kartları və digər təmassız ödəniş vasitələri ilə ödəniş qəbul etmək mümkündür.

Mobil POS necə işləyir?

![faq](https://birbank.business/file/accordion_item_c70624df6b.svg)

Mobil POS xidməti Android əməliyyat sistemli və NFC funksiyasını dəstəkləyən mobil cihazda aktivləşdirilir. Müştəri bank kartını, smart saatını və ya digər təmassız ödəniş vasitəsini telefona yaxınlaşdıraraq ödənişi həyata keçirə bilir. Əməliyyatlar sürətli və təhlükəsiz şəkildə tamamlanır.

Mobil POS ilə hansı ödənişləri qəbul etmək mümkündür?

![faq](https://birbank.business/file/accordion_item_c70624df6b.svg)

Mobil POS vasitəsilə təmassız ödəniş funksiyasını dəstəkləyən bank kartları, Apple Pay, Google Pay, smart saat və digər uyğun ödəniş vasitələri ilə ödəniş qəbul etmək mümkündür. Bu, müştərilərə rahat ödəniş təcrübəsi təqdim edir.

Mobil POS üçün əlavə cihaz almaq lazımdırmı?

![faq](https://birbank.business/file/accordion_item_c70624df6b.svg)

Xeyr. Mobil POS xidməti üçün ayrıca POS terminalına ehtiyac yoxdur. NFC dəstəyi olan Android smartfon xidmətin istifadəsi üçün kifayətdir. Bu da əlavə avadanlıq xərclərini azaltmağa və biznes proseslərini sadələşdirməyə kömək edir.

Kiçik biznes üçün Mobil POS seçməyin üstünlükləri nələrdir?

![faq](https://birbank.business/file/accordion_item_c70624df6b.svg)

Mobil POS kiçik və orta sahibkarlara əlavə avadanlıq olmadan nağdsız ödəniş qəbul etmək, xidmət göstərilən istənilən məkanda müştərilərdən ödəniş almaq və biznes proseslərini daha çevik idarə etmək imkanı yaradır. Xüsusilə səyyar xidmət göstərən bizneslər üçün effektiv həll hesab olunur.

Mobil POS istifadə edərkən internet bağlantısı tələb olunurmu?

![faq](https://birbank.business/file/accordion_item_c70624df6b.svg)

Bəli. Mobil POS xidməti ilə ödənişlərin emalı üçün mobil internet və ya Wi-Fi bağlantısı tələb olunur. Sabit internet bağlantısı əməliyyatların operativ və fasiləsiz həyata keçirilməsini təmin edir.