Məlumatlar
POS terminalın kassa aparatı ilə inteqrasiyası nəticəsində müştərilərdən nağdsız ödənişlər qəbul edilərkən ödəniş
əməliyyatı ilə bağlı məlumatlar yalnız
bir dəfə kassa aparatına daxil edilir və avtomatik qaydada POS terminalda əks olunur. Nəticədə ödəniş üzrə eyni məlumatları
POS terminala daxil etməyə ehtiyac olmur. Həmçinin iş vaxtının sonunda,
“günün bağlanması” prosesində kassa aparatından məlumatlar POS terminala avtomatik qaydada keçirilir.
- Mövcud kassa aparatlarının müəssisədaxili uçot sistemi (1C) ilə birbaşa inteqrasiyası
- POS terminal, Kassa aparatı, Anbar uçot sistemi funksiyaları
- Kassada ödənişlərin qəbulu üzrə əməkdaşın iş yükünün və vaxt sərfinin azalması
- Ödənişlərinin daha sürətli aparılması və kassada növbələrin azalması