Avans qarantiyası

Avans qarantiyası ilə müqavilə üzrə avans ödənişlərinin təminatını əldə edin. Sahibkarlar üçün etibarlı bank zəmanəti və sərfəli şərtlər.
image
Məlumatlar
  • Qarantiyanın (İcra, avans, avance) maliyyə analizi olmadan təqdim edilməsi

  • Təminatsız verilmə özəlliyi (müştərinin qənaətbəxş maliyyə vəziyyəti olduqda)

  • Kapital Bank-ın qarantiya məktublarının bütün benefisiarlar tərəfindən birmənalı olaraq qəbul olunması

  • Baş saziş əsasında təsdiq olunmuş limit çərçivəsində əlavə sənədləşmə olmadan qarantiyaların verilməsi

İstifadə şərtləri
Qarantiyanın açılması
0,3%
(min. 50 AZN)
(min. 150 USD ekv.)
Qarantiyanın müddətinin uzadılması
0,3%
(min. 50 AZN)
(min. 150 USD ekv.)
Qarantiya məbləğinin artırılması (artırılan məbləğə hesablanır)
0,3%
(min. 50 AZN)
(min. 150 USD ekv.)
Digər bankların xidmət haqları
Fakt əsasında müştəri tərəfindən əlavə olaraq tutulur
Qarantiyanın avizo olunması
- Respublika daxili
0.1% (min. 100 AZN ekv. - maks. 500 AZN ekv.)
- Respublikadan kənar
0.1% (min. 100 AZN ekv. - maks. 1 000 AZN ekv.)
Qarantiyanın ləğvi
50 AZN
Qarantiyanın şərtlərinin dəyişdirilməsi
50 AZN
100 USD ekv.
Sənədlərin ödənişsiz qaytarılması
100 AZN
Sorğuların göndərilməsi
50 AZN
Dəyişikliklərin avizo olunması
50 AZN
Poçt xidməti (sənədlərin hər toplusu üçün)
min. 10 AZN - maks. 50 AZN
Qarantiyanın faiz dərəcəsi və təsdiqi
Razılaşma yolu ilə
Maestro
Fərdi ehtiyaclarınıza və tələblərinizə uyğunlaşdırılmış özəl tarif paketini yaradın.
Maestro
Oxşar qarantiyalar
Tender qarantiyası
Tenderdə iştirak üçün verilən qarantiyadır
Tender qarantiyası
Icra qarantiyası
İşin zamanında və büdcəsində icrası üçün
Icra qarantiyası
faq

Tez - tez verilən suallar

faq
Avans qarantiyası nədir?
faq

Avans qarantiyası müqavilə üzrə sifarişçidən alınan avans ödənişinin şərtlərə uyğun istifadə olunacağına bank tərəfindən verilən zəmanətdir. Bu qarantiya tərəflər arasında etibarlılığı artırır və müqavilə öhdəliklərinin yerinə yetirilməsinə əlavə təminat yaradır.

Avans qarantiyası hansı hallarda tələb olunur?
faq

Qarantiya əsasən tikinti, xidmət, dövlət satınalmaları və digər iri müqavilələr üzrə sifarişçi tərəfindən avans ödənişi həyata keçirilərkən tələb oluna bilər. Bu zəmanət avans vəsaitinin müqavilə şərtlərinə uyğun istifadə ediləcəyini təmin edir.

E avans kredit ilə avans qarantiyası arasında fərq nədir?
faq

E avans sahibkarın maliyyələşdirilməsi məqsədilə təqdim olunan kredit məhsuludur, avans qarantiyası isə bankın müqavilə üzrə öhdəliyə zəmanət verdiyi sənədli əməliyyatdır. Avans qarantiyasında bank kredit vəsaiti təqdim etmir, benefisiar qarşısında zəmanət öhdəliyi götürür.

Avans qarantiyası almaq üçün hansı sənədlər tələb olunur?
faq

Avans qarantiyası üçün müraciət zamanı bank maliyyə vəziyyətini və fəaliyyətinizi qiymətləndirmək məqsədilə müxtəlif maliyyə və vergi sənədləri tələb edə bilər. Tələb olunan sənədlər müraciətin xüsusiyyətlərinə uyğun olaraq müəyyən edilir.

Avans qarantiyasının müddəti uzadıla bilərmi?
faq

Bəli. Müqavilənin müddəti dəyişdikdə və ya tərəflərin razılığı olduqda avans qarantiyasının müddətinin uzadılması mümkündür. Bu proses bankın mövcud qaydaları və tarifləri əsasında həyata keçirilir.

Hansı bizneslər avans qarantiyasından daha çox istifadə edir?
faq

Avans qarantiyası əsasən tikinti, istehsal, təchizat, dövlət satınalmaları və iri korporativ müqavilələrdə fəaliyyət göstərən şirkətlər tərəfindən istifadə olunur. Avans ödənişi nəzərdə tutulan layihələrdə bu qarantiya geniş tətbiq edilir.