Xəbərlər

Biznes Liqasına qoşul, hər həftə bonus qazan!

Biznes Ligasi [1x1] (4).png

Biznes Liqasına qoşul, hər həftə bonus qazan!

2 noyabr – 27 dekabr tarixlərində Birbank Biznes-də gündəlik əməliyyatlarınızı həyata keçirin, xallar toplayın və hər həftə 1000-ə qədər bonus qazanmaq şansı əldə edin. 8 həftə davam edəcək “Biznes Liqası” kampaniyasında hər həftə 264 qalibdən biri olmaq fürsətini qaçırmayın!

Kampaniyanın əsas şərtləri

Müddət: 2 noyabr – 27 dekabr 2026
Mükafat: Hər həftə Birbank Biznes-dən 1000-ə qədər bonus
Qalib sayı: Hər həftə 264 nəfər
İştirak: Birbank Biznes veb platforması və ya mobil tətbiqində “Yarışa qoşul” düyməsini klikləməklə
Xal toplama: Müəyyən edilmiş biznes əməliyyatları üzrə 10, 50 və ya 100 xal

Kampaniyanın üstünlükləri

Hər həftə 1000-ə qədər bonus qazanmaq imkanı
Həftəlik 264 qalib
Gündəlik biznes əməliyyatları ilə xal toplamaq fürsəti
Toplanan xalları və reytinqdəki mövqeyi izləmək imkanı
Kampaniyada ödənişsiz iştirak

Kampaniyadan necə yararlanmaq olar?

Birbank Biznes veb platformasında və ya mobil tətbiqində “Yarışa qoşul” düyməsini klikləyin. Daha sonra gündəlik biznes əməliyyatlarınızı həyata keçirərək xallar toplayın və həftəlik reytinqdə yüksəlin.

Hər həftənin sonunda ən çox xal toplayan 264 iştirakçı Birbank Biznes-dən bonus qazanacaq.

Hansı əməliyyatlar xal qazandırır?

100 xal qazandıran əməliyyatlar:
Əməkhaqqı layihəsinə qoşulma
Tarif paketinə qoşulma
Kredit rəsmiləşdirilməsi
Kredit kartının rəsmiləşdirilməsi
Visa Platinum biznes kartının sifarişi

50 xal qazandıran əməliyyatlar:
Kredit kartı və nağd kredit üzrə borcların ödənilməsi 
Xaricə köçürmələr
Valyuta mübadiləsi
QR vasitəsilə nağdlaşdırma
Əməkhaqqı köçürməsi
Mobil POS sifarişi
Visa biznes kartlarının sifarişi

10 şans/xal qazandıran əməliyyatlar:
Birbank Biznes platforması üzərindən həyata keçirilən ödənişlər;
Ölkədaxili və bankdaxili köçürmələr;
Kart PAN-ı ilə köçürmələr (öz kartlarına həyata keçirilən köçürmələr istisna olmaqla).
Dostunu dəvət et proqramı (dəvət edən tərəf dəvət olunan dostu onun referral kodu ilə Birbank Biznes mobil tətbiqində qeydiyyatdan keçdikdən sonra 30 gün ərzində minimal 10 AZN əməliyyat edərsə)

Hər həftə hansı mükafatlar veriləcək?

“Biznes Liqası” kampaniyasında hər həftə ən çox xal toplayan 264 iştirakçı aşağıdakı bonusları qazanacaq:

1-ci yer: 1 000 bonus
2-ci yer: 500 bonus
3–6-cı yerlər: hər iştirakçıya 200 bonus
7–14-cü yerlər: hər iştirakçıya 100 bonus
15–264-cü yerlər: hər iştirakçıya 10 bonus

Topladığınız xallarla reytinqdə yüksəlin və həftəlik qaliblərdən biri olun. 1 bonusun dəyəri 1 manatdır. 

Kimlər yararlana bilər?

Fərdi sahibkarlar

Mikro biznes müştəriləri

Kiçik biznes müştəriləri

Orta biznes müştəriləri

Kampaniyada Birbank Biznes-də qeydiyyatdan keçmiş həm yeni, həm də mövcud müştərilər iştirak edə bilərlər.

Tez-tez verilən suallar

Kampaniyaya necə qoşula bilərəm?

Birbank Biznes veb platformasında və ya mobil tətbiqində “Yarışa qoşul” düyməsini klikləmək kifayətdir. Əlavə qeydiyyat tələb olunmur.

Kampaniyada iştirak ödənişlidir?

Xeyr, kampaniyada iştirak tamamilə ödənişsizdir.

Xallar necə hesablanır?

Müəyyən edilmiş əməliyyatların hər biri üzrə 10, 50 və ya 100 xal hesablanır. Məsələn, bir həftə ərzində 20 ölkədaxili köçürmə həyata keçirsəniz, ümumilikdə 200 xal qazanacaqsınız.

Topladığım xalları haradan izləyə bilərəm?

Topladığınız xalları və reytinqdəki mövqeyinizi kampaniyanın xüsusi kabinetindən izləyə bilərsiniz.

Xallar nə zaman hesablanır?

Əməliyyatlar üzrə xallar 2 iş günü gecikmə ilə hesablanır və əməliyyatın həyata keçirildiyi həftəyə aid edilir.

Hər həftə xallarım sıfırlanacaq?

Bəli, hər həftənin sonunda qalib olmayan iştirakçıların xalları sıfırlanır və növbəti həftə yarış yenidən başlayır.

Bir neçə həftə qalib ola bilərəm?

Xeyr, kampaniya müddətində yalnız bir dəfə qalib olmaq mümkündür. Həftəlik qaliblər növbəti həftələrdə yenidən iştirak edə bilməzlər.

Eyni xal toplayan iştirakçılar arasında qalib necə müəyyən edilir?

Eyni sayda xal toplayan iştirakçılardan müvafiq xal sayına daha tez çatan şəxs reytinqdə daha yüksək yer tutur.

Bonuslar nə zaman təqdim olunur?

Hər həftə başa çatdıqdan sonra 2 iş günü ərzində qaliblər müəyyən edilir və bonuslar onların Birbank Biznes Bonus hesablarına köçürülür.

Kampaniya nə vaxta qədər davam edəcək?

Kampaniya 27 dekabr 2026-cı il saat 23:59-da başa çatacaq.

Yarışa qoşul: www.b-b.az/bbbl

calendar02.11.2026
arrowBütün xəbərlərə qayıt